EN

Pezeşkiandan investisiya çağırışı: “100 milyard dollar...”

İran Prezidenti Məsud Pezeşkian hədəflənən 8 faizlik artım üçün 100 milyard dollarlıq xarici investisiyaya ehtiyac duyulduğunu və iqtisadi problemlərin xarici əlaqələrlə bağlı olduğunu bildirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Məsud Pezeşkian dövlət televiziyasında qatılığı proqramda yeni hökumətin daxili və xarici siyasəti ilə bağlı qiymətləndirmələr edib.

“İnsanların problemlərini həll etmək istəyirik. Diqqətimiz insanların məmnunluğudur. ABŞ və Avropanın ağır sanksiyalarına məruz qalırıq, lakin insanlara qarşı mehriban davranmalıyıq”, - İran prezidenti vurğulayıb.
İqtisadi problemlərə toxunan Pezeşkian xalqın mövcud vəziyyətini, yüksək inflyasiyanı hiss etdiyini və problemin həlli üçün işə başladıqlarını bildirib:

“Ölkə daxilindəki fikir ayrılıqlarını, qonşularımızla və dünya ilə olan problemləri həll etməliyik”.

O, İran lideri Ayətullah Əli Xameneinin diqqət çəkdiyi iqtisadiyyatda 8 faizlik artım üçün xarici investisiyaya ehtiyacları olduğunu açıqlayıb:

“Mütəxəssislər düşünür ki, 8 faizlik artım üçün 200 milyard dollar sərmayə lazımdır. Bu, ölkə daxilində kapital və məhsuldarlığı artırmaqla mümkündür, lakin ölkədəki ümumi kapitalımız 100 milyard dolları keçmir. Ona görə də 100 milyard dollara ehtiyacımız var. Bu, bizim xarici əlaqələrimizlə və dünya ilə bağlıdır”.

Vasif
BakuPost
Chosen
142
1
bakupost.az

10Sources