EN

Vəkil şahid kimi dindirildiyini deyir

Vəkil Fariz Namazlı bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları dünən, avqustun 31-də axşam saat 9-da onu bir cinayət işi ilə bağlı şahid qismində ifadə verməyə aparıblar. O əlavə edib ki, həmin cinayət işi ilə bağlı hər hansı məlumat verə bilməyəcək. “Ümid edirəm ki, mənim axşam, iş vaxtından sonra heç bir səbəb göstərilmədən idarəyə aparılmağım barədə Kollegiya rəhbərliyi və Baş Prokurorluğu məlumatlandırıblar. Bu, faktiki olaraq tutulmağa bərabərdir və vəkil tutulduqda dərhal həmin qurumlara məlumat verilməlidir”, – o vurğulayıb. F.Namazlının sözlərinə görə, digər tərəfdən, vəkilləri də artıq şahid qismində dindirməyə cəhd edirlər, bu da onların peşə fəaliyyətini keyfiyyətli şəkildə həyata keçirməsinə mane olur. Hələlik, bu açıqlamaya DTX və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
xural.com

1Sources