EN

Laçında seçki ilə bağlı son vəziyyət: "Şəffaf səsvermə keçirilir, çox şadam"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Milli Məclisə növbədənkənar seçki keçirilir. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Baku TV 121 saylı Laçın seçki dairəsinin 105 saylı məntəqəsindəki səsvermə prosesi ilə bağlı son məlumatları izləyicilərin diqqətinə çatdırıb. 32 ildən sonra doğma yurdlarında səsvermə prosesində iştirak etməyin sevincini yaşayan laçınlılar öz təəssüratlarını bölüşüblər.
"Çox seçkidə iştirak etmişəm. 32 ildən sonra Laçında gözəl bir binada səs verməyi özümə şərəf sayıram. Şəffaf səsvermə keçirilir", - deyə seçici Tofiq Həsənov deyib.
Chosen
222
36
oxu.az

10Sources