EN

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, son çempion "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qarabağ" 9 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. "Zirə" isə 6 xalla 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Səbail"ə, "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"a 1:0, "Sabah" Tovuzda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib, "Şamaxı" isə doğma meydanda "Neftçi" ilə qolsuz heç-heçə edib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
50
ilk.az

10Sources