EN

Göyçayda ağır qəza: Xəsarət alanlar var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Nizami və M.Müşviq küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ət dükanına çırpılıb.

Yaralılar dərhal təcili yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, sentyabrın 2-də saat 00:00-da Göyçay şəhəri ərazisində Murad Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.

Nəticədə sərnişin, 2003-cü il təvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb.

Sürücü, eləcə də digər üç sərnişinə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
7
medianews.az

9Sources