EN

Astarada gözətçi məktəb direktorunu bıçaqladı - TƏFƏRRÜATI

Sentyabrın 1-də səhər saatlarında F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi tərəfindən bıçaqlanıb.Direktor, Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hələki onun sağlıq durumu barədə dəqiq məlumat verilmir.Asiya.az-ın özəl mənbədən əldə etdiyi məlumata əsasən məktəbin gözətçisi işləyən Nəcəfov Halik Əli oğlu bir müddət əvvəl məktəbdə katibə işləyən, direktorla aralarında yaranan münaqişəyə görə bu ilin aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılan Validə Məmmədovanın həyat yoldaşıdır. Direktorla keçmiş katibəsi arasındakı mübahisə məhkəməyə qədər gedib çıxıbmış. Bıçaqlanma hadisəsinin də bu və bizə məlum olan, sadəcə etik səbəblərdən yayımlamaq istəmədiyimiz digər mübahisəli məsələdən qaynaqlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
97
4
asiya.az

10Sources