ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB), Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) və Müdafiə Departamentinin Kibercinayətkarlıq Mərkəzi (DC3) birgə bəyanat yayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin bəyanatda İranın bir çox ölkələrə, o cümlədən Azərbaycana kütləvi kiberhücumlar təşkil etməsindən bəhs olunur.
Həmin məlumatda deyilir ki, İran hakerləri avqust ayı ərzində Vaşinqtona, İsrail və Azərbaycana haker hücumlarını davam etdirib. Bildirilir ki, İranın əsas hədəfləri təhsil şöbələri, maliyyə, səhiyyə, müdafiə və yerli hökumət qurumlarıdır. “Hakerlər şəbəkəyə daxil olmaq və özlərinin ransomware proqramlarını yerləşdirməklə prosesi reallaşdırırlar. Bu zaman həmin sahələrdə çalışan adamlara əməkdaşlıq etmək adı ilə müxtəlif viruslar göndərərək, onların sistemlərinə daxil olmağa cəhd edirlər”.