EN

“Rusiya İranı Zəngəzur dəhlizinin açılmasına razı salıb” - “İran İnternational”

Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri ətrafında müzakirələr davam edir. JAMAZ.İNFO xəbər verir ki, bus əfərin bir çox məziyyətlərindən bəhs olunsa da, dünəndən etibarən İran mediası əsas müzakirə mövzusunun Zəngəzur dəhlizi olduğunu iddia edib.“İran İnternational” telekanalının yaydığı xəbərdə isə bildirilir ki, indiyə qədər Ermənistanla yaxın əlaqələrə malik Tehran hakimiyyəti, Zəngəzur dəhlizinin açılmasına etiraz etsə də, Rusiyanın vasitəçiliyi ilə məsələ həllini tapıb. TV iddia edib ki, Rusiya İranı Zəngəzur dəhlizinin açılmasına razı salıb. “Putinin Bakıya gəlməsi də bu məsələ ilə bağlı olub. Rusiya prezidenti Bakıya İranın istəklərini çatdırıb və prosesin hansı şəkildə inkişaf edəcəyi barədə müzakirələr aparıb”.

Chosen
96
4
dia-az.info

5Sources