EN

Ceyhun Bayramov: "Bu ildən Azərbaycan qazı Serbiyaya çatdırılacaq"

"Azərbaycan-Serbiya münasibətlərini xarakterizə edən hər zaman qarşılıq dəstək və hörmət, bir-birinin daxili işinə qarışmamaq, eləcə də beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyinə dəstək önəmli yer tutur".

Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiçlə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkələrimiz arasında parlament sahəsində də faydalı əməkdaşlıq davam edir:

"İki ölkə arasında həmçinin iqtisadi sahə xüsusi əhəmiyyətə malikdir. 2024-cü ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsində əhəmiyyətli artım var. Bu ildən etibarən Azərbaycan qazı Serbiya bazarına çatdırılacaq. Qazın həcminin 1 milyard kubmetrə çatdırılması nəzərdə tutulub".

Ceyhun Bayramov: "Bu ildən Azərbaycan qazı Serbiyaya çatdırılacaq"

Ceyhun Bayramov: "Bu ildən Azərbaycan qazı Serbiyaya çatdırılacaq"

Mərahim Nəsib

Mənbə: oxu.az

Aqreqator
Chosen
126
50
oxu.az

10Sources