Hörmətli seçicilər,
İlk dəfə olaraq suveren Azərbaycanı əhatə edən növbədənkənar parlament seçkiləri bütün demokratik dəyərlərə uyğun olaraq başa çatdı. Aparılan müşahidələr tam şəkildə əsas verir ki, seçki şəffaf və ədalətli keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi rəqəmlərə görə 55 saylı Siyəzən Quba Xızı seçki dairəsi üzrə 59.8%(10549 səs) seçicilərin səsini toplaya bilmişəm. İlk olaraq namizədliyimi dəstəklədiyi üçün partiyamızın rəhbəri, dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Öz səsini mənə verərək etimad göstərən hər bir şəxsə təşəkkür edirəm. Yeni dövrə yeni Azərbaycanla şüarını əsas tutaraq, ölkə rəhbərimizin siyasətini seçildiyim bölgədə layiqincə təmsil edəcək, bölgəmizin daha da inkişafı üçün usanmadan fəaliyyət göstərəcəyik.
Müşfiq Məmmədli