EN

Rəşad Aslanov çağırış etdi-“Yola davam….”

Əziz qusarlılar!

Biz hər zaman olduğu kimi, bu günlərdə bərabər olduq, təmaslar qurduq, yeni dostluqlar geniş təcrübə qazanaraq daha da doğmalaşdıq. Mənim həyatımın amalı Dövlətə-sədaqətlə,Xalqımıza-şərəflə xidmət etməkdir. Zəfər qazanmış ordumuzun, Ali Baş Komandan İlham Əliyevin ehtiyatda olan polkovniki olaraq xalqımıza   xidməti davam etdirməkdəyəm. Nəticələr elan olunub, və məni dəstəkləyən 6251 doğma qusarlıların səsi ilə seçkilərə yekun vurulub. Qələbə qazanılır, qələbə əzmi ilə yola davam edirik.  Bu nəticə ölkə üzrə seçkilərdə ən yaxşı göstəricidir.Dövlətimizə sədaqətimiz sarsılmazdır! Hər birinizə təşəkkür edərək, Azərbaycanımızın uğurlu gələcəyi üçün hər kəsi təbrik edirəm. Mən daim Sizlərlə birgə olacağıma və gələcəkdə Qusarımızın inkişafı üçün,Azərbaycanımızın yeni uğurlar qazanması naminə əlimdən gəldiyini əsirgəməyəcəyimə əmin ola bilərsiniz.

Yola davam…..

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
xalq.az

1Sources