EN

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib - xəsarət alanlar var

Lənkəranda baş verən qəzada dörd nəfər xəsarət alıb.Yol nəqliyyat hadisəsi gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb. "Toyota Prius" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.Qəza nəticəsində "Tayota Prius"un sürücüsü Lənkəran şəhər sakini 2003-cü il təvəllüdlü Rafiq Nizami oğlu Əliyev, "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran şəhər sakini 1964-cü il təvəllüdlü Davud Zəkiulla oğlu Mənsiyev, Lənkəran rayonunun Liman şəhər sakini 1982-ci il təvəllüdlü Rəşad Mirzağa oğlu Seyfullayev və Lənkəran rayonunun Göyşaban kənd sakini 1994-cü il təvəllüdlü Anar Tərlan oğlu Əskərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hazırda onların müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
50
asiya.az

10Sources