EN

Qızıl medal qazanan idmançımızdan yeni dünya REKORDU - Paris-2024 - YENİLƏNİB

Azərbaycan paraatleti Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, T13 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəni 11,76 saniyəyə qət edərək nail olub.

Bununla da “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı yeni dünya rekordunu müəyyənləşdirib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

***

13:30

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.

Redaktor.az xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.81 saniyə göstərici ilə finiş xəttini birinci keçib.

Bu kateqoriya üzrə final mərhələsi 21:00-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
14
redaktor.az

10Sources