Bu gün, 15:27
Ölkəmizdə əksər hallarda mənzil kirayə götürənlə kirayə verən arasında rəsmi müqavilə imzalanmır.AvroMedia.az xəbər verir ki, bir çox halda ev sahibləri kirayə götürənlə qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili ona verirlər.Bəs bu nə kimi problemlərə səbəb ola bilər?Məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, evini kirayə verənlərlə kirayə götürənlər bəzi xərclərdən qaçdığı üçün rəsmi müqavilə bağlamaqdan imtina edirlər:“İlk növbədə onu bilmək lazımdır ki, Azərbaycan Respublikası ərazisində aparılan maddi fəaliyyətlər notarial qaydada tərəflər arasında rəsmiləşdirilməlidir. Kirayə münasibətləri də kirayə müqaviləsi ilə tərəflər arasında rəsmiləşdirilir. Kirayə verən şəxs mütləq şəkildə öz adına VÖEN açdırmalıdır və kirayə götürən şəxslə müqavilə bağlayan zaman VÖEN-ni və bank rekvizitlərini həmin müqavilədə qeyd etdirməlidir.Bu gün ölkəmizdə kirayə müqavilələri çox az sayda bağlanır. Bunun da ən böyük səbəbi notarial xərclər, bəzi sənədlərin təsdiqi, kirayə məbləğindən tutulan 14 faizlik vergidir. Müqavilə bağlandıqda vergi ödəmək zərurəti yarandığı üçün tərəflərin heç biri buna təşəbbüs göstərmir. Adətən tərəflər arasında müqavilə münasibətləri zamanı ödəmə mənbəyindən tutulan vergi pulu köçürən tərəfin üzərinə qoyulur. Bəzi hallarda kirayə götürən şəxslər bu məbləğin yüksəkliyindən dolayı həmin müqavilənin rəsmiləşdirilməsində maraqlı olmurlar. Amma vətəndaşlar bilməlidir ki, kirayə müqavilələrinin rəsmi şəkildə bağlanması, o cümlədən, kirayə sahəsinin və orada olan əmlakların rəsmi şəkildə təhvil-təslim olunması onları bir çox riskdən qoruyur”.Hüquqşünasın sözlərinə görə, rəsmi müqavilə bağlamadan evini kirayə verənlər qanunla məsuliyyət daşıyırlar və bu aşkarlanarsa, cərimələnə bilərlər:“Bundan əlavə qeyd edim ki, müqaviləsiz kirayə münasibətlərində olan şəxs, əsasən də kirayə verənlər mütləq şəkildə qanunvericiliyə uyğun məsuliyyət daşıya bilirlər. Onlar həm inzibati məsuliyyət daşıyırlar, həm də qeyri-rəsmi formada mənzillərini kirayə verdikləri aşkarlandığı təqdirdə cərimə sanksiyasına da məruz qala bilərlər. Bütün bunların olmaması və risksiz münasibətlər üçün tərəflər arasında kirayə müqaviləsi bağlanmasını tövsiyə edirəm. Mütləq şəkildə bu proses rəsmiləşməli və vergi öhdəlikləri müəyyən edilməlidir”. (Yenisabah.az)скачать dle 12.1