EN

Paytaxt sakinlərinin sahibsiz it problemi: "Gecə-gündüz hamıya hücum edirlər"

Sabunçu rayonunun sakinləri sahibsiz itlərin hücumundan təngə gəliblər.

Milli.Az xəbər verir ki, sakinlərin baku.ws-ə verdikləri məlumata görə, itlər uşaq, yaşlı, qoca demədən gecə-gündüz hamıya hücum edirlər.

Bildirilib ki, sahibsiz itlərin binanın qarşısında və park edilən avtomobillərin altında məskən salıblar.

Qeyd edilib ki, görüntüləri çəkilənlər ümumi ərazidə olan itlərin sadəcə beşdə biridir.

Axşam saatlarında isə itlərin sayı 30-a qədər artır.

Sakinlər sahibsiz itlərlə bağlı dəfələrlə qurumlara müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
3
milli.az

6Sources