EN

Romada Konstantinin “Zəfər Tağı”na ildırım düşüb

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada əlverişsiz hava şəraiti zamanışəhərin əsas turistik yerlərindən biri olan Kolizeyinyaxınlığındakı “Zəfər Tağı”na ildırım düşüb.

Trend xəbər verir ki, Kolizey Arxeoloji Parkının rəhbərliyihadisə nəticəsində eramızın IV əsrində inşa edilmiş tağın kiçik birhissəsinin zədələndiyini bildirib.

Ekspertlər ildırımın qədim abidəyə vurduğu ziyanın aradanqaldırılmasına və zərərin qiymətləndirilməsinə başlayıblar.

Roma meri Roberto Qualtieri bildirib ki, bu, Romada görünməmiştəbiət hadisəsidir.

Qeyd edək ki, “Zəfər Tağı” xristianlığı qəbul edən ilk Romaimperatoru Konstantinin eramızın 312-ci ilində qəsbkar Maxentiusüzərində qələbəsinin xatirəsinə ucaldılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
4
az.trend.az

5Sources