EN

Moskvaya hücum mesajı verildi – “Bu planı çox az adam bilir”

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində irəliləyişi dayanıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan mayoru, hərbi analitik Aleksey Hetman deyib.

“Ukraynanın Kursk əməliyyatı sürpriz effektində idi. Bu effekti fürsət pəncərəsi ilə müqayisə etmək olar, ancaq 2-3 həftəlik. Artıq bu təsirə malik deyil. Çünki düşmən qüvvələrini toplayır, yenidən qruplaşır və qoşunlarımızın irəliləməməsi üçün bütün lazımi tədbirləri görür”, - ekspert bildirib.

Hetmanın fikrincə, Ukrayna qoşunları hələlik Rusiya ərazilərini tərk etməyəcək: “Qoşunlarımızı və hərbi qərargahımızı orada saxlayacağıq”.

Ekspert qeyd edib ki, ordunun Rusiyanın içərilərinə doğru irəliləyişinin davam edib-etməyəcəyi Baş Qərargahın planlarından asılıdır.

“Bundan sonra planın nə olduğunu görəcəyik. Belə bir fərziyyə də var ki, birbaşa Kurskun dərinliyinə və ya Moskva istiqamətində irəliləmək istəyirik. Belə danışan insanların buna haqqı var, amma bunun necə olacağını çox məhdud sayda insan bilir”.

O vurğulayıb ki, bu məxfilik əbəs deyil, çünki onun sayəsində heç bir informasiya sızması olmayıb və əməliyyat uğurla başa çatıb. Hetman belə qənaətə gəlib ki, Kurskda yerləşən Ukrayna Silahlı Qüvvələri ora boş oturmaq üçün gəlməyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
349
50
teleqraf.com

10Sources