EN

Gəncin düşdüyü quyu “kanalizasiya quyusu” deyil – VİDEO

Gəncin düşdüyü quyu “kanalizasiya quyusu” deyil – VİDEO

Bəzi media orqanlarında Masallı rayonundan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət aldığı ilə bağlı dəqiqləşdirilməmiş və yanlış məlumat yayılıb. Həmin məlumatda qeyd olunur ki, hadisə 3 sentyabr günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib. Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məsələ ilə bağlı verilən açıqlamada bildirilir ki, zərəçəkənin düşdüyü quyu kanalizasiya quyusu deyil: "Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon sukanal idarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, “kanalizasiya quyusu” kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur. Xahiş edirik, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə aid olduğu iddia edilən bütün mövzuları dəqiqləşdirmək üçün məlumatı yaymadan öncə qarşı tərəfin - qurumun mövqeyi öyrənilsin".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
13
afn.az

10Sources