EN

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Mərkəzi Seçi Komissiyası (MSK) artıq pozuntu qeydə alınan dairələrlə bağlı araşdırmalara başladığını deyib.

Bir neçə gün öncə MSK sədri Məzahir Pənahov demişdi ki, dairələrdən daxil olan şikayətlərə 20 gün ərzində baxıla bilər.

Artıq bəzi dairələrdən MSK-ya şikayətlər göndərilib.

Bundan başqa, sosial mediada açıq saxtakarlıqla bağlı çəkilən görüntülər də namizədlər tərəfindən sənədləşdirilərək MSK-ya təqdim edilir.

9 saylı Binəqədi II Seçki Dairəsindən olan namizədlərin “Arqument.az”a dediyinə görə, bu dairədə də kütləvi saxtakarlıqla müşahidə olunub və sosial mediada geniş yayılıb.

Buna rəğmən, Yeni Azərbaycan Partiyasından olan namizəd Kəmaləddin Qafarova 16311 səs yazılıb. Bu da digər namizədlərin hanısının birlikdə topladığı səsdən dəfələrlə çoxdur.

Namizədlərdən biri “Arqument.az”a bildirib ki, ATƏT-in Müşahidə Missiyası da bu dairədə kütləvi saxtakarlığın şahidi olub və qeydiyyat aparıb.

Hələlik faktları topladıqlarını deyən namizədlər bildiriblər ki, yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Onlar hesab edirlər ki, dairənin favorit namizədi Kəmaləddin Qafarov deyil, bitərəf Elmira Fərzəiyeva (2060 səs) və AMİP-dən Əli Orucovdur (1457 səs), amma Qafarova 16311 səs yazılıb.

Bildirilir ki, Qafarova yazılan səslərlə dairədəki seçici fəallığı ciddi ziddiyyət təşkil edir. Yəni həmin dairədə seçici fəallığ DSK tərəfindən ciddi şəkildə şişirdilib. Ona görə də həmin dairədə nəticələrin ləğv edilməsi həm də beynəlxalq müşahidəçilər üçün “demokratik seçki görüntüsü” yaratmağa hesablana bilər.

Məsələ ilə bağlı MSK-dan münasibət öyrənmək mümkün olmayıb.

KAİM.az 

Chosen
57
7
kaim.az

8Sources