Bakı, 5 sentyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 min 201 uşağın cəlb olunacağı gözlənilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlının cəlb olunacağı proqnozlaşdırılır.