1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Doqquzaylıq Alisanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Lalə Əliyeva məlumat verib.
O, övladının beynində anadangəlmə kista olduğunu deyib:
"Alisa ötən ilin dekabr ayında dünyaya gəlib. Doğulduğu gündən həkimlər başında maye olduğunu deyiblər. Həmin gündən bura da müalicələrini edirik. Müalicələr nəticəsində həmin kistanın ölçüsü balacalaşıb. Həkimlər müalicələri vaxtlı-vaxtında etsək, həmin kistanın tamamilə sovrulub gedəcəyini deyiblər".
Gənc ana Alisanın onun ilk və tək övladı olduğunu bildirib:
"Alisa mənim ilk və tək övladımdır. Biz bu xəstəliyi bildiyimiz zaman əlimizdə olan bütün pulu, demək olar ki, müayinələrə xərclədik. Artıq 8 aydır onu müalicə edirik, demək olar ki, əlimizdə qalan hər şey tükənib. Alisanın aylıq müalicələri üçün 450-500 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 899-78-76.
Uni Bank: 4098 0944 2327 6870.