Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 5-də Biləsuvar rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 10:45-də qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.