Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.BUTA.TV xəbər verir ki, SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu üzmədə çıxış edib. O, ilk "8-liy"ə düşdüyündən həlledici raunda da vəsiqə qazanıb. Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.