EN

Azərbaycan atəşkəsin pozulduğunu deyir, Ermənistan təkzib edir

Yayımlandı: 5 Sentyabr 2024 12:56 Ermənistanın Baş nazirinin ofisi atəşkəs rejiminin pozulması hallarını araşdırmaq üçün mexanizm təklif etdiyini deyir Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun sentyabrın 5-də saat 09.55-də Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsini atəşə tutduğunu bildirir. Nazirlik Azərbaycan hərbçilərinin adekvat cavab tədbirləri gördüyünü qeyd edib. Bir gün əvvəl isə saat 19:35 radələrində Azərbaycan Ordusunun Ordubad rayonu istiqamətində yerləşən mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atıcı silahlardan atəşə tutulduğu haqda məlumat yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi məlumatı yalanlayıb. Bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin xəbəri həqiqətə uyğun deyil. Ermənistanın Baş nazirinin ofisi atəşkəs rejiminin pozulması hallarını və yaxud onlar haqqında məlumatı araşdırmaq üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif etmişdi. Bildirilir ki, rəsmi Bakı hələ təklifə cavab verməyib. Bakı ilə Yerevan arasında nə baş verib? 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib. Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib. Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
32
xural.com

10Sources