EN

Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc medal qazanıb - YENİLƏNİB

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

O, SB13 kateqoriyasında 100 metr məsafəyə brass üzmə üsulunda 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq. \\Ölkə.az

***

Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

SB13 kateqoriyasında yer alan idmançı 100 metr məsafəyə brass üsulu ilə çıxış edib.

O, ilk "8-liy"ə düşdüyündən həlledici raunda vəsiqə qazanıb. İsrafilov 1 dəqiqə 5.82 saniyə ilə 16 iştirakçı arasında üçüncü olub.

Final bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.\\Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
26
hurriyyet.az

10Sources