Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC-yə inzibati protokol yazılıb.
Pravda.az xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.
Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur.
Xəyal Quliyev
Tarix: 6 Sentyabr 2024, 08:30
- Protokol
- Şəxslər
- Nəqliyyat Nazirliyi
- Tələblər
- Rəhbərlik
- Inzibati Protokol
- Inzibat
- Işlər
- Vəzifəli
- Azintelekom
- Qurum
- Vəzifəli Şəxslər
- Inzibati Xətalar
- Qanuni
- Istehlakçıların Hüquqları
- Əzizov
- Yerinə Yetirmək
- Məcəlle
- Tabeli
- Yazılı
- İnzibati Xətalar Məcəlləsi
- Rəqəmsal İnkişaf
- Rəqəmsal İnkişaf Və Nəqliyyat Nazirliyi
- Azerbaijan İnternational Telecom
- Elxan Əzizov
- Azerbaijan International Telecom