Bu gün, 08:00
Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinin dəvətinə baxmayaraq, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitində iştirakını təsdiqləməyib.AvroMedia.az xəbər verir ki, bu barədə “Moscow Times” məlumat yayıb.Qeyd olunub ki, Vuçiç bu qərarını həmin vaxt ölkəsinə önəmli qonaqların gələcəyi ilə əlaqələndirib:“O vaxt xaricdən gələn mühüm qonaqlarımız olacaq”.Onu da deyək ki, oktyabrda Kazanda yüksək səviyyəli BRİCS toplantısı keçiriləcək.2009-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılmış BRİCS dünyanın ən mühüm inkişaf etməkdə olan iqtisadiyyatlarını bir araya gətirmək, eləcə də Qərbdəki daha varlı dövlətlərlə siyasi və iqtisadi tarazlıq yaratmaq məqsədi daşıyır. Ölkələr qrupu bu ilin əvvəlində Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini əhatə etməklə genişləndi.скачать dle 12.1