EN

Formula 1 Akkreditasiya Mərkəzi Bakıda fəaliyyətə başlayıb

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran-Prisi 2024-ün Uniforma vəAkkreditasiya Mərkəzi fəaliyyətə başlayıb.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, Formula 1 AzərbaycanQran-Prisi 2024-ün başlamasına qısa müddət qalıb və hazırlıqlarplana uyğun davam edir.

Qeyd edilib ki, yarışın əsas hazırlıq mərhələlərindən biri olanUniforma və Akkreditasiya Mərkəzi artıq fəaliyyətə başlayıb.

Formula 1 Azərbaycan Qran-Prisi 2024-ün təşkilinə cəlb olunacaqəməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları vəpodratçı şirkətlərin nümayəndələri bu mərkəzə gələrək,akkreditasiya kartları və uniformalarını əldə edə bilərlər. Yarışaqədər 28000-ə yaxın akkreditasiya və formanın verilməsi nəzərdətutulub.

Qeyd edək ki, 19 avqustdan etibarən fəaliyyət göstərən Uniformavə Akkreditasiya Mərkəzinə 100-dən artıq könüllü cəlb edilib.Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiyakartlarının hazırlanması, uniformaların verilməsi və sair kimirolları yerinə yetirəcəklər.

Xatırladaq ki, bu il könüllü olmaq üçün 16000-ə yaxın müraciətdaxil olub və onlardan 2000-ə yaxın könüllü yarışın təşkilinə cəlbolunub.

Qeyd edək ki, bu il Bakının 8-ci dəfə ev sahibliyi etdiyiFormula 1 Azərbaycan Qran-Prisi 2024 13-15 sentyabrda baştutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
8
az.trend.az

9Sources