EN

ADY-nin xidmətlərindən istifadə edən xarici turistlərin sayı 38 faiz artıb

Bu ilin avqust ayında Azərbaycan Dəmir Yollarının (ADY) rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarları ilə 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.

FED.az xəbər verir ki, ADY-nin yaydığı məlumatda bildirilir ki, marşrutlar üzrə ən böyük artım 41%-lə Bakı-Ağstafa-Bakı marşrutunda qeydə alınıb.

Həmçinin, ADY-nin sərnişindaşıma xidmətlərindən istifadə edən xarici turistlərin sayı bu il keçən illə müqayisədə 38 faiz çox olub.

Chosen
151
17
fed.az

10Sources