EN

Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslərlə bağlı qərar açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ali Məhkəmədə Xocavənddə xarici şirkətə məxsus yük avtomobilini oğurlamaqda təqsirləndirilən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırladaq ki, Xocavənd Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindən xarici şirkətlərdən birinə məxsus "Hovo" markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gediblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar. Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Alıpaşayev 5, İ.Məmişov 2, Z.Əsədullayev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Chosen
291
50
oxu.az

10Sources