EN

Naxçıvanda səhiyyə sahəsi üzrə yeni mərkəz yaradılıb

Naxçıvanda səhiyyə sahəsi üzrə yeni mərkəz yaradılıb

Böyrəklərin müxtəlif iltihabı, eləcə də bəzi irsi, infeksion, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, şəkərli diabetin və cərrahi müdaxilələrin ağırlaşmaları və bir sıra digər xəstəliklər çox vaxt kəskin və ya xroniki böyrək çatışmazlığı ilə nəticələnir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə terminal mərhələsi diaqnozu ilə hemodializ müalicəsi tətbiq olunur. Son vaxtlar bu xəstəliyə düçar olanların arasında kiçikyaşlı uşaqların da sayı artmaqdadır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikada fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən hemodializ şöbələrinin fəaliyyətində nöqsanlar dializdən asılı olan, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin səhhətinə təsir edirdi. Naxçıvanda səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması və əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması, həyata keçirilən ardıcıl, sistemli islahatların nəticəsi olaraq xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın yaxşılaşdırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının Hemodializ Mərkəzi” yaradılıb.

Hemodializ xidmətinin yenidən təşkili adekvat səviyyəli personalla komplektləşdirmə, dializ parametrlərinin düzgün təyin olunması göstərilən tibbi xidmətin keyfiyyətini artırmaqla yanaşı, mövcud sahədə əziyyət çəkən vətəndaşların keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradacaq. Mərkəzin yenidən qurulması və təmir olunması ilə yanaşı, pasiyentlərə uzun seanslarda keyfiyyətli xidmət göstərmək üçün qurğuya inteqrasiya olunmuş “Wi-Fi” və qulaqcıq girişli HD keyfiyyətli TV-si olan 47 ədəd 3 idarəetmə mühərrikli hemodializ kresloları, tibbi və texniki xüsusiyyətlərə malik ən son texnologiyaya uyğun istehsal olunmuş 33 ədəd hemodializ cihazları ilə təmin olunması üçün satınalma prosesləri davam etməkdədir.

Mənbə: AZƏRTAC

Chosen
99
7
ilk.az

10Sources