EN

Təqaüddə olan hakim pensiyasından narazıdır

Təqaüdə çıxmış hakim dövlət tərəfindən ona ayrılan hakim pensiyasının düzgün hesablanmamasından narazıdır.

E-huquq.az-ın verdiyi məlumata görə, İradə Həsənzadə pensiya təminatı ilə bağlı məhkəməyə müraciət edib.

Bakı İnzibati Məhkəməsinə ərizə verən keçmiş hakim iddiaçı qismində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə cavabdeh qismində tanınıb.

İş hakim Səlma Salahovanın icraatına verilib.

Xatırladaq ki, İradə Həsən-zadə hakimlik fəaliyyətinə 2000-ci ildə başlayıb. O, 2000-2007-ci illərdə Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub. 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Ötən ilin sentyabr ayında isə yaş həddi ilə bağlı onun hakimlik səlahiyyəti müddəti başa çatıb.

Orxan Rasifoğlu

Chosen
121
2
e-huquq.az

3Sources