EN

"Neftçi"nin qadınlardan ibarət komandası növbəti oyuna çıxır

style='margin-bottom:10px;'>

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci mərhələsində növbəti oyununa çıxacaq.

QOL.az xəbər verir ki, komanda Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq Çempionlar yolunun 2-ci qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşacaq.

Tskaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı belçikalı hakim idarə edəcək.

Qeyd edək ki, qrupun ilk oyunlarında “Neftçi” Avstriyanın “Sankt-Pölten” (0:5), “Lançxuti” isə Albaniyanın “Vlajniya” (0:3) klubuna məğlub olub.
 
7 sentyabr
 
17:00.“Lançxuti” (Gürcüstan) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Caroline Lanssens (Belçika)
Tskaltubo Texniki Mərkəzin stadionu

Chosen
123
3
teleqraf.com

7Sources