EN

KOB-ların yaşıl iqtisadiyyata töhfə verməsi üçün diqqət yetirilməli məsələlər açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda kiçik və orta biznes subyektlərinin (KOB) yaşıl iqtisadiyyata töhfə verməsi üçün ilk növbədə enerji səmərəliliyinin təmin edilməsi vacibdir. Enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bərpaolunan enerji mənbələrindən istifadə yolu ilə enerji səmərəliliyinə nail olmaq mümkündür".
Oxu.Az xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O bildirib ki, insan resurslarının inkişafı, kadrların təkmilləşdirilməsi də əsas diqqət yetirilməli məqamlardandır:
"Çünki innovasiyaları müasir bilik və bacarıqlara malik kadrlar tətbiq edə bilər. Tullantıların idarə edilməsi də bu kontekstdə önəmlidir. Tullantıların təkrar emalı, tullantı miqdarının azaldılması, ekoloji cəhətdən təmiz materiallardan istifadə edilməsi bu baxımdan önəm kəsb edir".
"Ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin hazırlanması və istehsalı da qeyd edilməlidir. Zəruri tələblərdən biri isə sosial məsuliyyətdir. Ekoloji faktorların biznes fəaliyyətində daim nəzərə alınması, sosial layihələrdə iştirak etmək, bu sahədə təşəbbüslər göstərmək yeni dövrün sahibkarının əsas iş prinsiplərindən olmalıdır", - deyə nazir əlavə edib.
"KOB-lar bu kimi məsələlərə əməl etməklə bizneslərini yaşıllaşdıra bilərlər. Yaşıl bizneslər dayanıqlı istehsala nail olunmasında, resursların artırılmasında əhəmiyyətli rol oynayır. Yaşıl biznes və ekoloji cəhətdən təmiz şirkətlər dünyada ən sürətlə inkişaf edən sənayeni formalaşdırırlar", - deyə M.Cabbarov vurğulayıb.
Məhərrəm Əliyev
Chosen
146
6
oxu.az

10Sources