EN

Məktəb və universitetlərin ətrafında maşın saxlayanlar cərimələnəcək

Bu gün, 10:28



DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı müraciət yayıb.AvroMedia.az NİİM-ə istinadən xəbər verir ki, qurumun əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.“Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi, məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər”, - müraciətdə vurğulanıb.скачать dle 12.1

Chosen
66
9
avromedia.az

10Sources