EN

COP29 maliyyə, investisiya və ticarəti bir platformada birləşdirəcək - Yusif Abdullayev

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyası çərçivəsində noyabrın 19-da "Maliyyə, investisiya və ticarət günü" təşkil olunacaq.

Fins.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, COP29-un fəaliyyət gündəliyindəki 14 təşəbbüsdən biri olan iqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı təşəbbüsü, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün maliyyə, investisiya və ticarətin inteqrasiyasını təşviq edir.

Y.Abdullayev əlavə edib ki, həmin gün "Maliyyə, investisiya və ticarət günü" çərçivəsində AZPROMO-nun təşkilatçılığı ilə "Biznes, investisiya və filantropiya platforması" adlı tədbir keçirilməsi planlaşdırılır.

Eyni zamanda, həmin gün AZPROMO və Dünya İqtisadi Forumunun birgə təşkilatçılığı ilə iki müzakirə sessiyası keçiriləcək. Bu sessiyalarda iqlim məqsədlərinə dəstək verən xarici investorların yerli şirkətlərlə əlaqələndirilməsi və iqlim öhdəliklərinə uyğun investisiya edilə bilən layihələrin müzakirəsi aparılacaq.

"Bu çərçivədə "Trade and Investment House" pavilyonları təşkil ediləcək. Pavilyonlar həm mavi, həm də yaşıl zonalarda fəaliyyət göstərəcək. Burada maliyyə, ticarət, dayanıqlı sənaye istehsalı, dekarbonizasiya və digər mövzularda tədbirlər keçiriləcək," - deyə Abdullayev bildirib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
50
fins.az

10Sources