EN

61 yaşlı Əməkdar artist: "Həyatda iki şey gözəldir - subaylıq və azadlıq"

"Sevgisiz yaşamaq olar? Ölənə kimi sevgi bizimlə olacaq. Ümid edirəm ki, ölənə kimi Allah bu sevgini məndən əsirgəməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Füzuli Hüseynov deyib. 

Aktyor bildirib ki, hər yaşın öz gözəlliyi var, amma:

"Qocalıq bir ayrı aləmdir. Bu gün doğum günümdür, həmişə bu gün Bakıdan kənarda olardım. Bu gün isə Bakıdayam. Axşama dostlarla bir aradayıq, bilmirəm nə sürpiz edəcəklər. Amma dostları qırmayacağam. Hər günüm necədirsə, bu gün də onlardan biridir. Əslində ad günümü qeyd etmək istəmirəm. Çünki hər dəfə qocalırıq. Qocalmayanda da həyat maraqsız olur. Soyuducunun buzluğunda oturaq ki, qocalmayaq? Qocalmaq da lazımdır, özümüz üçün də maraqlı olsun".

Füzuli Hüseynov bildirib ki, həyatda iki şey gözəldir:

"Subaylıq və azadlıq. Bunların yanında bir də can sağlığı oldusa, yaşamağa dəyər".

Bahar Rüstəmli

Chosen
4372
9
qaynarinfo.az

10Sources