EN

Azərbaycan dost münasibətlərinə və strateji əməkdaşlığa önəm verir

“Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə 3 gündür,  davam edən İtaliya səfəri hər mənada tərəflərə faydalı olacaq. Cənab Prezident İlham Əliyevin güclənən siyasi kursu Azərbaycanı Avropa və Asiya üçün itirilməsi mümkün olmayan tərəfdaşa çevirib. Dövlətimizin gündən-günə yenilənən və inkişaf edən xarici siyasət xətti Azərbaycanı Avropa və Asiya arasında həm iqtisadi, həm də tranzit vasitəçisinə çevirib. Azərbaycan, o cümlədən İtaliyanın artan beynəlxalq nüfuzu onların tərəfdaşlığının möhkəmlənməsində mühüm rol oynayıb. Azərbaycan İtaliya münasibətləri strateji tərəfdaşlıq üzərinə qurulub. Bu iki ölkə arasındakı münasibətlər bütün global maneələrdən üzüağ çıxıb desək, yanılmarıq. Müharibə dövründə də bu münasibətlər öz sarsılmazlığını göstərdi. Ümumiyyətlə, Azərbaycanın bütün xarici siyasətdəki prinsipial mövqeyi regional dövlətlərlə yanaşı dünya üçün də nümunə olmalıdır”.

 

Bu  açıqlamasında VI çağırış Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

“Bu gün İtaliya Azərbaycanın Avropa İttifaqında ən yaxın tərəfdaşlarından biridir. Azərbaycan da İtaliya üçün eyni əhəmiyyətə malikdir. Azərbaycan İtaliyanın Cənubi Qafqazda bir nömrəli ticarət tərəfdaşıdır. Aİ-nin aparıcı iqtisadiyyatlarından biri olan İtaliya Azərbaycana xüsusilə enerji sektorunda mühüm tərəfdaş kimi baxır və Azərbaycanın Avropanın enerji resurslarının şaxələndirilməsində mühüm rol oynamasına şərait yaradır. Lakin bu əməkdaşlıq enerjidən də kənara çıxır. İki ölkə arasında əlaqələrin geniş miqyasını əks etdirən humanitar və mədəni layihələr də kifayət qədər çoxdur. İtaliya  həm də Azərbaycanın ən dəyərli strateji layihəsi olan Cənub Qaz Dəhlizinin son nöqtəsidir. Cənab  Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında da Azərbaycanın İtaliya ilə isti münasibətlərindən danışıb. Ölkə başçısının da qeyd etdiyi kimi İtaliya  Azərbaycan münasibətləri bundan sonra da hərtərəfli olaraq inkişaf edəcəkdir”, – M.Cəfərov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
1
xalq.az

2Sources