EN

COP29-dan sonra Azərbaycanda dollar bahalaşacaq?

Son dövrlər devalivasiya təhlükəsi ilə bağlı müzakirələr getdikcə artır. Cəmiyyətdə COP29-dan sonra manatın dollar qarşısında ciddi dərəcədə ucuzlaşacağı ilə bağlı narahatlıqlar var.

Bir çoxları düşünür ki, noyabrda gerçəkləşəcək beynəlxalq tədbirdən sonra, dövlət milli valyutanı üzən məzənnəyə keçirə bilər.

Bəs doğrudanmı ilin sonuna doğru manatın devalivasiya riski həqiqətən varmı?
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, orta müddətli proqnozlara görə, devalivasiya ehtimalı olduqca yüksəkdir:
“Ümumiyyətlə, hər hansı valyutanın, xüsusən manat kimi bazar yolu ilə məzənnəsi müəyyən olunmayan valyutaların qısa müddətli LEY proqnozunu vermək olmur. Çünki dövlət inzibati yollarla məzənnəni saxlaya bilir. Hətta, obyektiv bazar konyekturası məcbur etsə belə, sabit saxlanır. Dəqiq proqnoz sadəcə 1 ildən-3 ilədək verilə bilər. Bunu deyə bilərəm ki, orta müddətli devalivasiya ehtimalı çox böyükdür. Çünki neft hasilatımız artıq azalır və azalmaqda davam edəcək. Bu isə o deməkdir ki, valyuta ehtiyatlarımız azala bilər”.
Ekspert qeyd edib ki, devalivasiya ehtimalının COP29-la heç bir əlaqəsi yoxdur:
“Paralel olaraq, dünyada müxtəlif məhsullarda qiymət artımı davam edir. Etiraf edək ki, bu fonda ölkəmizin iqtisadiyyatında inkişaf yoxdur. Əksinə, vəziyyət daha da pisləşir. bəli, bu fonda devalivasiya ehtimalı olduqca böyükdür. Amma bunun tam olaraq bu il, yoxsa gələn il olacağını dəqiq bilmək olmur. Hazırda təkcə Dövlət Neft Fondunun 58 milyard dollar vəsaiti var. Dövlət istəsə ondan istifadə edib, devalivasiyanın qarşısını hər an ala bilər. Yəni vəsait kifayət qədər var. Mən şəxsən, COP29 bitən kimi ölkədə devalivasiyanın olacağını gözləmirəm. Amma gələn il ərzində devalivasiya ola bilər”.

Mənbə: www.bakupost.az

Aqreqator
Chosen
14
16
bakupost.az

10Sources