Bakı. Trend:
Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılantəmir işləri davam etdirilir.
Trend Azərbaycan AvtomobilYolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, aparılan təmirişləri çərçivəsində küçənin “Qələbə dairəsi”dən “20 Yanvar” dairəsiistiqamətində asfaltlanma işləri artıq yekunlaşıb. Bu gündənetibarən küçənin əks istiqaməti üzrə, yəni “20 Yanvar” dairəsindən“Qələbə dairəsi” istiqamətində təmir işlərinə start verilir.
Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-betonörtüyünün üst qatı frezlənərək kənara daşınır, ərazi asfaltlanmaüçün hazır vəziyyətə gətirilir. Ardınca isə “İnşaat Norma vəQaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-betonörtüyünün döşənməsi işləri icra olunur.
Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərininbaxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyətiqurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinintəmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri dəicra olunacaq.
Qeyd edək ki, aparılan təmir işləri ilə əlaqədar küçə boyuhissə-hissə avtonəqliyat vasitələrinin hərəkəti məhdudlaşdıraraqalternativ küçələrə yönəldilir. Təmir işlərinin tərtib olunmuşqrafikə uyğun yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyəlazımi sayda qüvvə cəlb edilib.