EN

“Makroiqtisadi dayanıqlıq üzrə işçi qrupu”nun növbəti iclası keçirilib

 “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış “Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupu”nun sayca üçüncü iclası keçirilib.

Sədrliyi Mərkəzi Banka həvalə edilmiş “Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupu”nun iclasında “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2024-cü ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat təqdim olunub. Həmçinin həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılaraq növbəti addımlar müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
7
banco.az

8Sources