EN

® “Unibank”ın “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub

® “Unibank”ın “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələr təqdim olunub

Xatırladaq ki, “Xəzər TV”nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə 252 qalib seçilib. Lotereyanın şərtlərinə görə, 2 nəfər “Toyota Corolla Cross” avtomobili, 10 nəfər “iPhone 15 Pro”, 20 nəfər 1000 manat, 20 nəfər 500 manat, 200 nəfər isə 100 manat qazanıb.

“Əjdaha” lotereyasının ilk qalibləri öz təəssüratlarını bölüşüblər:

Birinci tirajda “iPhone 15 Pro” qazanan Y.İbrahimov uzun illərdir “Unibank” müştərisidir: “Qaliblər siyahısında olduğumu deyəndə, çox sevindim. “Unibank” şəffaflığı ilə yenə də fərqini ortaya qoydu”.

“iPhone 15 Pro”nun daha bir qalibi N.Sadıqov 10 ildən çoxdur “Unibank” müştərisidir. Lotereya müddətində daha çox qazanmaq üçün bütün alış-verişlərini, ödənişlərini “UCard”la edib: “Qalib olmağımla bağlı zəng gələndə, əvvəlcə inanmadım, sonra 117-yə zəng edib dəqiqləşdirdim. Müştərilərinə sevinc yaşatdığına görə “Unibank”a minnətdaram”.

“Toyota Corolla Cross” avtomobilinin qalibi E.Yusifov da 5 ildən çoxdur “Unibank” kartından istifadə edir: “Doğrusu, lotereyadan məlumatım yox idi deyə, “Xəzər TV” canlı efirindən zəng gələndə ki avtomobil qazanmısınız, əvvəl zarafat kimi qəbul etdim. Bu gün burada maşını təhvil alanda isə o sevinci təkrar yaşadım”.

“Əjdaha” lotereyasında telefon sahibi olan C.Rzayev lotereyadan məlumatlı olduğu üçün bütün ödənişlərini “Unibank” kartı ilə edib ki, qalib olmaq şansı çox olsun: “Lotereyanın şəffaf keçəcəyinə inanırdım, amma özümün qalib olacağına yox. İndi hədəfim maşındır. Ona görə çalışacam ki, şanslarımı daha çox artırım”.

Təqaüdçü Ə. Əbdurəhimov isə 20 ildən çoxdur “Unibank” müştərisidir: “Mən həmişə alış-verişimi “Unibank” kartı ilə eləmişəm. Çox rahat kartdır. Lotereyadan xəbərim yox idi. Zəng edəndə də, fikirləşdim kimsə zarafat edir. Qızım adımı bankın saytından tapıb göstərəndən sonra, inandım ki telefon udmuşam”.

Birinci tirajın ikinci “Toyota Corolla Cross” avtomobilinin qalibi C.Zeynalov üçün də gələn zəng sürpriz olub: “Cəmi bir neçə gün əvvəl sürücülük vəsiqəsi almışdım, hətta evdə deyirdim ki, maşını yəqin bir neçə ilə ala bilərəm. “Unibank” məni çox sevindirdi, arzumu reallaşdırdı”.

Növbəti tirajlarda hələ 1000-dən çox “Unibank” müştərisini lotereyanın qiymətli hədiyyələrinə sahib olmaq şansı gözləyir. Odur ki, sentyabrın 20-dək ödənişlərinizi “Unibank” kartları ilə edin və ikinci tirajda qalib olmaq şansınızı artırın. Hər 10 manat bir şansdır. Hər tirajda minimum 50 manatlıq ödəniş etdiyiniz halda, lotereyada iştirak şansı qazanırsınız. Bu zaman əvvəlki tirajda qazandığınız şanslar da yeni şanslarınıza əlavə olunur.

Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.

“Unibank” kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!

“Unibank” - sənin bankın

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
14
ilk.az

10Sources