EN

USAİD Ermənistana yardım paketini iki dəfədən çox artırıb

Yayımlandı: 9 Sentyabr 2024 19:28 Müqavilə Ermənistanın dövlət büdcəsi üçün əlavə maliyyə öhdəliklərini nəzərdə tutmur ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Ermənistan hökuməti qrant sazişinə düzəlişi təsdiqləyib. “OC Media” yazır ki, bu addım Ermənistanın Rusiya ilə münasibətləri pisləşməkdə davam etdiyi bir vaxta təsadüf edir. Razılaşmaya əsasən, əlavə pul idarəetmənin təkmilləşdirilməsinə, demokratiyada vətəndaş iştirakına və təbii ehtiyatların davamlı idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. Buraya həmçinin Ermənistanda “hədəflənmiş sektorların rəqabət qabiliyyətinin artırılmasına” dəstək daxildir. Nəşr yazır ki, Ermənistanın iqtisadi cəhətdən Rusiyaya güvənməsi onun Qərblə daha çox inteqrasiya cəhdlərinə, xüsusən də hökumətin Aİ-yə daxil olmaq məqsədini bəyan etməsinə potensial maneədir. 2023-cü ildə Ermənistan Rusiyaya 3,5 milyard dollar dəyərində mal ixrac edib ki, bu da ölkənin ümumi ixracının 41%-ni təşkil edir.Müqavilə Ermənistanın dövlət büdcəsi üçün əlavə maliyyə öhdəliklərini nəzərdə tutmur.5 illik İnkişaf Məqsədləri Qrant Sazişi 2022-ci ilin iyununda imzalanıb və ABŞ “demokratik dəyərlərin gücləndirilməsi və iqtisadi sabitliyin təmin edilməsi” məqsədi ilə ilkin olaraq 120 milyon dollar ayırıb. Bu ilin əvvəlində USAİD-in Administratoru Samanta Pauer Ermənistanda rəqəmsal transformasiya, ərzaq təhlükəsizliyi, rabitə və risklərin azaldılması üçün 11,9 milyon dollar yeni maliyyə öhdəlikləri elan etdi. Bu, aprel ayında ABŞ, Aİ və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra ABŞ hökumətinin elan etdiyi 65 milyon dollardan çox vəsaitə əlavə olaraq olub. Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
xural.com

1Sources