EN

Stokholm hava limanının fəaliyyəti dayandırıldı

Sentyabrın 9-da axşam saatlarında “Stokholm Arlanda” Beynəlxalq Hava Limanı fəaliyyətini 2 saatdan çox müddətə dayandırıb.

News365.az xəbər verir ki, buna səbəb idarəetmə qülləsindən görünən müxtəlif ölçülü dörd pilotsuz uçuş aparatı olub.


Polis mümkün təxribat cəhdini araşdırır. “Biz vəziyyəti araşdırırıq və məlumat toplamağa davam edirik. Hazırda heç kim saxlanılmayıb. Bunun qəsdən törədildiyindən şübhələnirik”, - Stokholm polisi bildirib.


Oxşar hadisə ötən gün Uppsalada mühafizə olunan obyektlərin yaxınlığında da qeydə alınıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
12
news365.az

10Sources