EN

Türkiyənin kənd təsərrüfatı məhsulları ixracı 20 milyon dolları keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin kənd təsərrüfatı məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 23 milyon 176 min 460 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 2 milyon 862 min 797 dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 36 milyon 82 min 239 dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
36
turkic.world

10Sources