EN

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri görüşüb

Bugün, sentyabrın 10-da Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Zakir Həsənov (Azərbaycan), Yaşar Güler (Türkiyə) və İrakli Çikovani ( Gürcüstan) regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyindən bəhs ediblər: “Müdafiə nazirləri üçtərəfli və ikitərəfli birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.” Açıqlamaya görə, sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb. Həmin sənədin detalları, hələlik, açıqlanmır. Bundan əvvəl bu formatda sonuncu – 10-cu görüş ötən il noyabrın 27-də Bakıda keçirilmişdi. Azərbaycan-Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli formatda görüşlər 2014-cü ildən etibarən keçirilir. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
xural.com

1Sources