EN

Tbilisidə jurnalist Əfqan Sadıqova dəstək aksiyası keçirilib

Yayımlandı: 10 Sentyabr 2024 21:15 Etirazçılar jurnalistin Azərbaycana ekstradisiya edilməsinə qarşı çıxıblar Gürcüstan hökumətinin administrasiyası qarşısında azərbaycanlı jurnalist Əfqan Sadıqova həmrəylik aksiyası keçirilib. Etirazçılar jurnalistin Azərbaycana mümkün ekstradisiyasına etiraz ediblər. Apelyasiya məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun ekstradisiya həbs cəzasının ləğvi ilə bağlı vəsatətə baxmayıb. Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqova ekstradisiya cəzası kəsib. Əfqan Sadıqov 24 dekabr 2023-cü ildən Gürcüstanda yaşayan “Azel.Tv” media  nəşrinin baş redaktorudur. İyulun ortalarında Sadıqova Tbilisidən Ankaraya gedərkən aeroportda uçuşuna icazə verilməyib. Daha sonra jurnalist bildirib ki, ona ancaq Azərbaycana uça biləcəyini deyiblər. Əfqan Sadıqov Azərbaycana gedəcəyi halda orada həbs olunacağını da bildirib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
xural.com

1Sources