EN

İsmayıllıda dörd otaqlı ev külə döndu

 Bu gecə İsmayıllı rayonunun Qalınçaq kəndində yanğın hadisəsi baş verib.Avropa.info xəbər verir ki,bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər. Fövqəladə Hallar Nazirliyinin ərazi nümayəndəliyinin məlumatında bildirilir ki, yanğın gecə saat 2 radələrində baş verib. Saat 04:22-də söndürülüb."Yanğın nəticəsində 1991-ci il təvəllüdlü Nuran Baloğlan oğlu Hacıyevə məxsus ümumi sahəsi 200 kvadratmetr olan kürsülü, birmərtəbəli, dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsinə üç maşın və 14 nəfərlik şəxsi heyət cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
4
avropa.info

5Sources