Komediya aktyoru Dima Qavrilov Nijni Novqorodda saxlanılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nijni Novqorod Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 20.3.1-ci - nifrət oyatma maddəsi ilə 13 sutka həbs edib.
İnternetdə komediyaçının "Rusiya Federasiyası vətəndaşlarına qarşı təhqiramiz zarafatlarına görə də üzr istədiyi videosu yayılıb.
Qeyd edək ki, Qavrilov sentyabrın 8-də yerli klubların birində çıxış etməzdən əvvəl saxlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun