Xalqların Mənəvi Birliyi Beynəlxalq Fondunun prezidenti, prof. Valeriy Alekseyev, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Bakıdakı Rus Evinin əməkdaşları Yelena Tsvileva və Lalə Həsənova Azərbaycan Milli Kitabxanasında olub. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul edib.Direktor Azərbaycan-Rusiya əlaqələrinin çoxşaxəli səciyyə daşıdığını, ölkələrimiz arasında yüksək mədəni əməkdaşlığın mövcudluğunu və uğurla inkişaf etdiyini bildirib. O, zəngin rusdilli ədəbiyyata malik olan, çoxsaylı rusdilli oxucuları olan Azərbaycan Milli Kitabxanasının Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanası, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası və digər kitabxanalarla sıx əlaqələrinin olduğunu qeyd edərək, uzun illərdir ki, qarşılıqlı kitab və təcrübə mübadiləsinin həyata keçirildiyini, təşkil edilən konfrans və tədbirlərdə, sərgilərdə daim qarşılıqlı iştirak edildiyini söyləyib.Xalqların Mənəvi Birliyi Beynəlxalq Fondunun prezidenti, prof. Valeriy Alekseyev öz dövlətinin mühüm institutu, xalqın milli-mədəni abidəsi olan kitabxananın direktoru prof. Kərim Tahirova görüş üçün təşəkkür edib, biliklərin ötürülməsi vasitəsi kimi kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, artıq 30 ildir ki, rəhbərlik etdiyi fond fəaliyyət göstərir və 20 ildən çoxdur ki, fondun nəşriyyatı müxtəlif mükafatlara layiq görülür. Natiq 12 cilddən ibarət olan və müxtəlif əsrlərdə yaşamış rus ədəbiyyatı klassiklərinin yaradıcılığının təqdim edildiyi “Rus klassik yazıçıları və pravoslavlığı” tematik seriyasından nəşr edilmiş kitablar haqqında məlumat verib. O, bildirib ki, ədəbi toplu 2003-cü ildən fond tərəfindən kütləvi tirajla nəşr olunur və kolleksiyada F.Dostoyevskinin, N.Qoqolun, F.Tyutçevin, İ.Krılovun, A.Puşkinin, A.Axmatovanın, N.Rubtsovun, M.Lermontovun, S.Yeseninin, V.Şukşinin, V.Şoloxovun, M.Lomonosovun yaradıcılığından bəhs edilir.Prof. Valeriy Alekseyev qeyd edib ki, 2023-cü ilin MDB-yə daxil olan ölkələrdə “Rus dili ili” elan edilməsi ilə əlaqədar olaraq fond həmin ölkələrdə bu kitab kolleksiyasının ictimaiyyətin, tanınmış ədəbiyyat, mədəniyyət nümayəndələrinin, ali məktəb müəllimlərinin və s. iştirakı ilə təqdimatı və həmin ölkə kitabxanalarına bu kolleksiyanın hədiyyə edilməsi təşəbbüsü ilə çıxış edib. Qırğızıstan, Tacikistan, Özbəkistan və Belarusda keçirilmiş təqdimatlar zamanı 7 mindən çox kitab kitabxanalara hədiyyə edilib və dahi rus şairi A.S.Puşkinin 225 illik yubiley tədbirləri çərçivəsində oktyabr ayında Bakıda da belə tədbirin keçirilməsini arzuladığını bildirib.Prof. Valeriy Alekseyev rus dilinin tədrisinə xüsusi önəmin verildiyi, rusdilli oxucuların çox olduğu Azərbaycanda da bu kitabların təqdimatının əhəmiyyətindən danışaraq, indiyə kimi təşkil edilmiş bütün tədbirlərin məhz milli kitabxanalarda keçirildiyini vurğulayıb. Sonda qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı və Azərbaycanın xəritəsi hədiyyə olunub. Prof. V.Alekseyev də öz növbəsində Azərbaycan Milli Kitabxanasına kolleksiyadan olan kitablardan təqdim edib.Sonra qonaqlar Milli Kitabxana ilə tanış olublar.Faktinfo.azBirinci məlumatlanmaq üçün facebook səhifəmizi